Ekshumasiya işinin yüksək səviyyədə icrası, koordinasiyalı əməkdaşlığın təmini məqsədilə Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə Birinci Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan vətəndaşlarına aid altı yüksək coğrafi dəqiqlikli məzar yerində insan qalıqlarının ekshumasiyasına dair birgə pilot layihə həyata keçirilib.
Bunu Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərlə bağlı brifinqdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupun rəhbəri İsmayıl Axundov deyib.
Bildirib ki, layihə hələ tam yerinə yetirilməyib. Layihənin davam etməsi ilə bağlı BQXK ilə birgə həmin ərazilərə səfərə gedəcəyik.