Xalq artisti, tanınmış aktyor Yasin Qarayev əməliyyat olunub.
Aktyor səhhəti barədə açıqlama verilib.
“Cərrahiyyə əməliyyatı olundum. Nədən, necə – bu barədə ətraflı danışmaq istəmirəm. Əsas odur, əməliyyat uğurla keçdi, çox şükür. Analizlərin cavabının necə olacağı ilə bağlı narahatlıq var idi. Çox şükür, nəticə xoşxassəli oldu. Göydə Allah, yerdə həkimim sayəsində yaxşı qurtardım”.