XƏBƏRLENTİ

xeberlenti.com

Cennifer Lopes məşhur aktyorla evləndi

Hollivud ulduzu Ben Afflek və dünyaca məşhur müğənni Cennifer Lopes ailə həyatı qurub.

Bu barədə məlumatı “TMZ” yayıb.

Məlumata görə, toy mərasimi iyulun 16-sı Nevada ştatının Klark bölgəsində baş tutub. Toyun digər detalları açıqlanmayıb.

Qeyd edək ki, cütlük daha əvvəl də münasibətdə olub və təqribən 20 il əvvəl ayrılıblar. Məşhur cütlük ötən il yenidən münasibətlərini bərpa edib.

Qeyd edək ki, bu, 52 yaşlı Cennifer Lopesin dördüncü, 49 yaşlı aktyorun isə ikinci evliliyidir.

 








About Author