Tünzalə Ağayevadan Azərbaycanda bir ilk: Yeni klipi tamamilə süni intellektlə hazırlandı – VİDEO

Xalq artisti Tünzalə Ağayeva növbəti dəfə pərəstişkarlarını yeni musiqili layihəsi ilə sevindirib.

Xeberlenti.com xəbər verir ki, bir neçə gün öncə pop ulduzun anonsunu etdiyi “Sevgi həvəsi” adlı yeni işi artıq işıq üzü görüb. Mahnının sözləri və musiqisi İsmayıl Əliyevə, miks və masterinqi isə Emin Kərimə (Emin Karim) məxsusdur. Layihədə elektro sazda Eldəniz Kərimov, gitarada isə Caner Güneysu ifa edib.

Sevilən ulduz yeni mahnı üçün tam fərqli formatda klip də çəkdirib. Ekran işi tamamilə süni intellekt (AI) vasitəsilə ərsəyə gətirilib. Klipdə Tünzalə Ağayevanın 2024-cü ildə çəkilən fotosessiyasından istifadə olunub.

Vurğulamaq lazımdır ki, bu ekran işi ənənəvi süni intellekt videolarından tamamilə fərqlənir. Görüntülər “Zirva.ai” platformasının ən yeni “Seedance 2.0” modeli ilə yaradılıb. Bu, hazırda dünyada mövcud olan ən qabaqcıl texnologiyalardan biridir. Dünyaca məşhur Snoop Dogg (“Slid Off”) və Don Diablo kimi ulduzlar da bu texnologiyadan istifadə ediblər. Bu cür innovativ yanaşma ilə sözügedən layihə Azərbaycanda ilk, dünyada isə ilklərdən biri olub.

Klip Qazaxıstanda çalışan həmyerlilərimiz Fəqan Əsədov, İlham Şükürlü və Məmməd Quliyev tərəfindən ərsəyə gətirilib. Ekran işinin art direktoru Fəridə Qasımovadır. Klipdə istifadə olunan geyimlərin müəllifi Zümrüd Mirzəliyeva, stili (styling) isə Elnarə De Birbuetə aiddir.

Layihənin direktoru Yalçın Cabbarovdur.

 

About Author