Almaniya Müdafiə Nazirliyi Ukraynaya vəd edilmiş “Mars-2” reaktiv yaylım atəşi sistemlərinin (RYAS) təhvil verildiyini açıqlayıb.
Bu barədə “Bild” məlumat yayıb.
Müdafiə naziri Kristine Lambrextin bildirdiyinə görə, Ukraynaya, həmçinin üç özüyeriyən haubitsa da verilib.
“Biz sözümüzə əməl edirik”, – o deyib.
Nəşrin yazdığına görə, 80 km radiusda hədəfləri vura bilən qurğu bir dəqiqə ərzində 12 “yer-yer” tipli raket atmağa qadirdir ki, bu da ABŞ-ın “Himars” sistemindən iki dəfə çoxdur. “Bild”, həmçinin Ukraynanın iyulun 25-də Almaniyadan “Hepard tipli ilk zenit tanklarını aldığını da vurğulayıb.