XƏBƏRLENTİ

xeberlenti.com

Cəmiyyətimiz belə gözəl insanların sayəsində daha da çox işlər görər

Yaxşı deyiblər ki, bir insan əməlləri ilə tanınar. Bu gün haqqında yazacağım xanımı illərdir məhz yaxşı əməllərinə görə tanıyıram. Onun gördüyü gözəl işləri saymaqla bitmir. Lakin indinin özünə kimi xalqımızın rifahı naminə yaşayan, əzmlə çalışan bu xanım təriflərdən hər zaman qaçıb. .Bəli illərdir ehtiyacı olan, lakin imkanı olmayan kasıb soydaşlarımız üçün dövlət xətti ilə 50-dən çox müxtəlif cərrahi əməliyyatları təmənnasız etdirib. Nə qədər xəstə onun sayəsində şəfa tapıb xəstəxanadan evinə sevinərək qayıdıb.

Xeyriyyəçiliklə  məşğul olan insanlara qoşularaq saysız-hesabsız insanların qarnını doyurub, geyimlə təmin edib. Sözsüz ki, qazi ailələri də bu siyahıya daxildir. Bir qadın çiynində nə qədər yük daşısa da yorulmadan çalışır, kasıb ailələri sevindirir. Eyni zamanda nəinki ailəsinə, hətta heyvanlara da sevgisi o qədər böyükdür ki, onların da qulluğunda durur. Hal-hazırda bu dünyada belə bir insan tapmaq şam işığında yol axtarmağa bənzəyir.

Pressinfo.az saytının baş redaktoru Nüşabə Əhməd haqqında bir əsər də yazsam, çox azdır. Onun saytına gələn şikayət ərizələrinə o qədər məsuliyyət və diqqətlə yanaşır ki, sanki bu məsələ onun özünə, ailəsinə aiddir.

Dostluqda da çox istiqanlı, mərd və etibarlıdır. Dost darda olarsa, özünü tez bir zamanda dosta çatdırar. Belə sakit, reklam axtarmayan media nümayəndələrinin qədrini bilmək, onları arayıb axtarmaq və cəmiyyətimiz, gələcəyimiz üçün faydalı insanları dəyərləndirib gənc nəslə, gənc jurnalistlərə nümunə olaraq təqdim etmək lazımdır.

Mediamız günü gündən inkişaf edir. Nüşabə Əhməd kimi xanımlarımızın sayəsində bu inkişaf öz təməlini qoyaraq irəli addımlaya bilir.  Belə fədakar, işinin peşəkarı olan insanları mediada jurnalistlərimizə bir müəllim, bir nümunə kimi təqdim etsək inanıram ki, gələcəkdə Nüşabə kimi xanımlarımız  daha çox olar və cəmiyyətimiz belə gözəl insanların sayəsində daha da çox işlər görər.

Sonda Nüşabə xanıma gördüyü bu gözəl işlərə görə mediamız adından sonsuz təşəkkürümüzü bildirirəm və ona seçdiyi bu şərəfli yolda sonu bitməyən uğurlar arzulayıram.

 

Cəmilə Vasifqızı

About Author