G20 ölkələri başçıları qarşıdan gələn sammit çərçivəsində Putini öz görüşlərinə buraxmamalıdırlar. Rusiya Federasiyasının Prezidentinə bildirmək lazımdır, nə qədər ki, Ukraynada müharibə gedir, danışıqlara yer yoxdur.
«Röyter» portalının xəbər verdiyi kimi, bu bəyanatı Britaniya Baş naziri postuna namizədlərdən biri Rişi Sunak səsləndirib.
«Bizim G20-dəki həmkarlar və müttəfiqlər o məsələdə kollektiv məsuliyyət daşıyırlar ki, Putinin eybəcər davranışlarını qınasınlar. Uşaqları yatdıqları yerdə çarpayılarda öldürdüklərinə görə onun məsuliyyət daşıdığı bir vaxtda onunla masa arxasında oturmaq yetərli deyil. Biz, Putinə qəti siqnal göndərməliyik ki, masa arxasında ona yer yoxdur, nə dədər ki, o, Ukraynadakı qeyri-qanuni müharibəni dayandırmayıb» – Sunak deyib.
Xatırladırıq ki, Britaniya XİN başçısı və Baş nazir postuna ikinci namizəd Liz Trass da bəyan edib, nə qədər ki, Rusiya ona daxildir, «Böyük iyirmilik» effektli orqan olaraq fəaliyyət göstərmək iqtidarında olmayacaq.