XƏBƏRLENTİ

xeberlenti.com

Türkiyədə dəhşətli qəza: Çox sayda ölən var – VİDEO

Türkiyənin Qaziantep şəhərinin Nizip rayonunda avtomobil dərəyə aşıb.

Qəza yerinə xilasedicilər, təcili yardım, polis əməkdaşları cəlb ediliblər. Yolda hərəkət dayandırılıb.

Bu zaman sərnişin avtobusu yolda dayanan təcili yardım, polis, xilasedici və İHA-nın canlı yayım maşınına çırpılıb.

Nəticədə 3-ü yanğınsöndürən, 2-si səhiyyə işçisi, 2-si jurnalist olmaqla, 16 nəfər həlak olub, 21 nəfər yaralanıb.

Yaralılar xəstəxanalara çatdırılıb.

Mənbə: DHA

About Author