Ukrayna hərbçiləri ötən sutka ərzində 201 rus işğalçısını, 12 ədəd T-72 tankını və 18 ədəd zirehli texnikanı, həmçinin cənub istiqamətində 6 sursat anbarını məhv edib.
Bu barədə “Cənub” Əməliyyat Komandanlığı məlumat yayıb.
“Əməliyyat bölgəmizdə vəziyyət ağır olaraq qalır, lakin müdafiə qüvvələri tərəfindən idarə olunur. Düşmən bölmələrinin tərkibində və mövqeyində ciddi dəyişiklik etmədən döyüş əməliyyatlarını davam etdirir. Bölmələrimizin hərəkətlərindən qorunmaq üçün sərhədlərinə yaxınlaşan ərazilərdə məsafədən minalama işləri aparır”, – məlumatda deyilir.
Hüseyn İbadlı