XƏBƏRLENTİ

xeberlenti.com

İtaliyada rusiyalı milyarderin 11 villasına həbs qoyulub

İtaliya hökuməti rusiyalı milyarder Vyaçeslav Moşe Kantorun Sardiniyanın şimal-şərq sahillərində yerləşən 11 villasına həbs qoyub.

Məlumata görə, Avropa Şurası hələ apreldə – Kantora qarşı sanksiyalar qoyulduğu vaxt onun Porto Rotondodakı aktivlərinin müsadirə edilməsi barədə göstəriş verib. Lakin İtaliyanın Maliyyə Qvardiyasının müstəntiqləri prosesi yalnız avqustda başa çatdıra biliblər.

Qeyd edilir ki, Porto Rotondodakı mülklər arasında əvvəllər İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin ailəsinə məxsus villalar da var. Belə ki, “Primavera” villası 2012-ci ilə qədər Berluskoninin anasına, “Dolce Draqo” isə kiçik qardaşı Paoloya məxsus olub.

Mənbə: L’Unione Sarda

About Author