XƏBƏRLENTİ

xeberlenti.com

Ukraynadan İtaliyaya üzən gəmi Türkiyədə qəzaya uğrayıb

Ukraynadan İtaliyaya üzən gəmi Türkiyədə qəzaya uğrayıb.  TASS  xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi məlumat yayıb.

Üç min ton qarğıdalı ilə üzən “Lady Zehma” quru yük gəmisi İstanbulun Bebek səmtinin yaxınlığında Bosfor boğazından keçərkən çırpılıb.

Nəticədə boğazda nəqliyyatın hərəkəti dayandırılıb.

Hadisə yerinə 4 yedək gəmisi göndərilib.

About Author