Meyxanaçı qəfildən bütün ölkədə Sözə sahib oldu.
Meyxana isə televiziya, radio, internet və toyların ən sayılıb-seçilən ahəng və avaz məsələsinə döndü.
“Davay dosvidaniya” deyənlər Rusiya telekanallarında belə həvəslə meyxana söylədilər.
Nədir bu?
Meyxana bütün təməlləri ilə İranın icad etdiyi ifadə vasitəsidir. Adının meyxana qoyulması isə bizə aiddir.
İtin, xoruzun döyüşdürüldüyü İranda “çürüdülən sözü” savaşdırmaq da bir ənənədir.,
Həcvin fərqli təzahürüdür.
Bakıya gələn həmşərinin Teatr, Opera, Balet qarşılığında qoruduğu “söz güləşdirmə” sənəti 2000-ci illərdə yeni bir formatda həyatımızın əsas parçalarından biri olmağa başladı…
Meyxana mərsiyənin tərsidir, ahəngi və avazı içində eyni cövhəri daşıyır.
Qacar İranı bizə o dönəmdə “həmşərini”, müstəqlillik isə ahəng və avazı dərd etdi.
Sovet dönəmində Azərbaycan rus musiqisi ilə hala düşərdi, müstəqillikdə bu mırasın yerini İran doldurdu.
Ya mərsiyə, ya meyxana…
Mədəniyyətin halı nədirsə, ölkənin halı odur.
Mərsiyə ilə meyxana arasında çarəsiz siçanlar kimi “pişiklər”in oyununa gəldik.
Meyxana və meyxanaçı bizə söz öyrətdi.
Sovet şairinin sözü ilə İran meyxanaçının sözü tutdu. Yeni düzən insanımız mədhiyyə şeirindən meyxana sözünə döndü.
Bu mədəniyyətin dərdidir, ağrısı hələ çəkiləcək xəstəlikdir,
Xəstəlik məlumatlarla sağalmaz, xəstəliyi bitirəcək tək şey bilikdir.
Biz hələ də məlumatların əsiriyik.
Bu qədər.