XƏBƏRLENTİ

xeberlenti.com

Füzuli rayonunda təşkil edilən Böyük Qayıdış futbol çempionatında yarımfinalçılar müəyənləşdi

Füzuli rayonunda keçirilən Böyük Qayıdış futbol çempionatında yarımfinalçılar müəyənləşdi.

Azərbaycan Respublikası Elm və təhsil nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6cı qrant müsabiqəsinin qalibi olan Füzuli rayon Qayıdış qəsəbə 6 saylı tam orta məktəbin müəllimi Quliyev Mirdamət İbad oğlunun layihəsi olan Böyük Qayıdış futbol çempionatında 11 komandanın iştirakı ilə sonuncu mərhələnin oyunları keçrildi.

Oyunların keçrilməsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə qurulmuş layihə üçün nəzərdə tutulan futbol meydançasında Qayıdış qəsəbə məktəbləri, Mahmudlu 1 kənd tam orta məktəbi ilə yanaşı Uşaq Gənclər İdman Şahmat Məktəbinin (UGİŞM) 2 komandası da mübarizə aparırdı. Oyunların sonunda “UGİŞM”-nin 1 komandası və Qayıdış 6,7 nömrəli məktəblər yarımfinal mərhələsinə vəsiqə qazandı. Qeyd edək ki, təşkil olunan sözügedən layihədə məqsəd, gənclərdə idmana marağın artırılması ilə yanaşı, həm də Azərbaycan futbolunun işnkişaf etdirilməsidir.

Seyid Hüseyn Qədiroğlu

No description available.

No description available.

No description available.No description available.

No description available.No description available.

No description available.

About Author