XƏBƏRLENTİ

xeberlenti.com

DÇ-2022: İngiltərə millisi 1/4 finalda Fransaya rəqib olub

DÇ-2022-də 1/8 final mərhələsi davam edir.

Qol.az xəbər verir ki, bu gün 2 matç keçirilib. Günün ilk oyununda Fransa Polşa ilə üz-üzə gəlib. “Al Tumama” stadionundakı görüşdə Fransa qələbə qazanıb (3:1) və 1/4 finala adlayıb. Fransanın bu mərhələdəki rəqibi bu gün keçiriləcək İngiltərə – Seneqal matçının güclüsü olacaq.

“Əl Bayt” stadionundakı İngiltərə – Seneqal oyunu saat 23:00-da start götürüb. Matç İngiltərənin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, 1/4 finalda Fransa və İngiltərə üz-üzə gələcək

Qeyd edək ki, bundan əvvəl Niderland və Argentina 1/4 finala yüksəliblər.  Sözügedən komandalar da bu mərhələdə qarşılaşacaqlar.

4 dekabr

23:00. İngiltərə – Seneqal – 3:0

Qol: Cordan Enderson, 38, Harri Keyn, 45+3, Saka, 57

19:00. Fransa – Polşa – 3:1

Qollar: Olivye Jiru, 44 (1:0), Kilian Mbappe, 74 (2:0), 90+1 (3:0), Robert Levandovski, 90+9-pen. (3:1)

About Author