12 dekabr böyük şəxsiyyət, dahi insan, müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əlirza oğlu Əliyevin vəfatının 19-cu il dönümüdür.
Heydər Əliyev 1923-cü ildə anadan olub. O, ömrünün böyük hissəsini siyasətlə məşğul olan və “SSR Nazirlər Soveti”ndə baş nazirin birinci müavini vəzifəsinə qədər yüksəlməyi bacaran ilk və yeganə azərbaycanlı olub.
Hələ Sovetlər dönəmində, Azərbaycanın imperiya əsarətində olan illərdə Ulu Öndər işlədiyi sahədə hər zaman azərbaycançılığın, türkçülüyün, milli-mənəvi dəyərlərin qorunmasına çalışıb.
Azərbaycan müstəqillik qazanandan sonra, ölkə daxilində hərcmərclik, xaus və özbaşınalıq yaranmışdır. Dövlətimiz demək olar ki, dağılmaq və minbir əzab-əziyyətlə, xalqın qanı bahasına yenicə əldə olunmuş müstəqilliyini itirmək ərəfəsində idi.
O zaman xalqımız Heydər Əliyevi yenidən siyasi rəhbərliyə dəvət edərək, dövlətimizin xilas yolunu O böyük liderdə gördü.
İkinci dəfə hakimiyyətə gələn Ulu Öndər, qısa bir zamanda bütün baş verən dağıdıcı proseslərin qarşısını böyük məharətlə, yüksək əzmlə ala bildi.Tez bir zamanda daxili və xarici siyasəti təmin etdi. Heydər Əliyev, sülhün, sabitliyin, birliyin, barışın rəmzi idi.
Hər zaman bütün sahələrə diqqət yetirən Dahi Lider, mətbuat sahəsinə də xüsusi qayğı ilə yanaşırdı. Azad mətbuatın və azad sözün təminatçısı idi. Ürəyi hər zaman Azərbaycanla döyünən dahi Heydər Əliyev sadəliyi, səmimiliyi, sədaqətliliyi ilə xalqın yanında olub,.
Bu gün onun bizə əmanət qoyub getdiyi müstəqil Azərbaycanımız etibarlı əllərdədir. Ulu Öndər siyasətinin layiqli davamçısı, ölkə başçısı, Cənab İlham Əliyev, müstəqilliyimizin qarantı kimi dövlətimizə, xalqımıza sədaqətlə rəhbərlik edir. 30 ilə yaxın işğal altında olan Qarabağımızın azad olması, məhz Heydər Əliyevin təməlini qoyduğu siyasi xəttin Cənab İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilməsinin səmərəli nəticəsidir. Prezident İlham Əliyevin “Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim” fikrini böyük fəxrlə, qürurla söyləməsi Onun, Heydər Əliyev siyasi kursuna sadiqliyinin göstəricilərindən biridir,

