XƏBƏRLENTİ

xeberlenti.com

Milyonlarla insan Argentina millisinin qələbə paradı üçün küçələrə axışdı – VİDEO

Qətərdə keçirilən dünya çempionatında qalib gələrək ölkəyə qayıdan Argentina milli komandasının oyunçuları ilə görüşmək üçün 3-4 milyon insan Buenos-Ayres küçələrinə çıxıb.

Sıxlıq səbəbindən artıq iki nəfərin öldüyü bildirilib.

Yığma komanda Argentina paytaxtının əsas simvolu olan daş abidənin yanından keçib.

Qeyd edək ki, dekabrın 18-də Argentina millisi DÇ-2022-nin finalında Fransa yığmasını məğlub edərək (3:3, penaltilər seriyasında 4:2) üçüncü dəfə kuboku qazanıb.

Bu hadisənin şərəfinə prezident Alberto Fernandes dekabrın 20-nin ölkədə istirahət günü elan edilməsi haqqında fərman imzalayıb.

About Author