XƏBƏRLENTİ

xeberlenti.com

İran vətəndaşı Almaniyada terror törətmək istədi

Almaniyada terror hazırlığında olan şəxs saxlanılıb.

Bu barədə “Deutsch Welle” məlumat yayıb.

Bildirilib ki, hadisə Kastrop-Rauksel şəhərində qeydə alınıb. Saxlanılan şəxs İran İslam Respublikasının vətəndaşıdır.

Onun üzərindən partlayıcı hazırlamaq üçün istifadə olunan zəhərli kimyəvi maddələr aşkarlanaraq götürülüb.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

About Author