XƏBƏRLENTİ

xeberlenti.com

İlham Əliyev bir qrup idmançıya yeni mənzillər verdi – SİYAHI + FOTOLAR

Prezident İlham Əliyev 2022-ci ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim edib.

Bununla bağlı AZƏRTAC məlumat verib.

Təqdimetmə mərasimi bu gün keçirilən 2022-ci ilin idman yekunlarına həsr olunan tədbirdə baş tutub.

Dadaşbəyli Dadaş, Ruslan Lunyov, Əli İbrahimov, Tahir Baxşıyev, Tayfur Əliyev, İlham Məmmədov, Təbriz Həsənov, Ağahüseyn Mustafayev, Sənan Süleymanov, Taleh Məmmədov, Ramazan Muradov, Yaylagül Ramazanova, İrina Zaretska, Fəxrəddin Quliyev, Südeif Quliyev, Elvin Astanov, Ramil Mahmudov, Billurə Eminova, Rəhim Qasımov, Cavad Ağayev, Asif Həsənov və Şəfəq Kərimovaya yeni mənzillə təmin olunublar.

About Author