XƏBƏRLENTİ

xeberlenti.com

Çavuşoğlu Blinkenlə Qafqazdakı vəziyyəti müzakirə etdi – YENİLƏNİB

Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Entoni Blinkenlə görüşdə Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşma prosesini müzakirə edib.

Bu barədə Çavuşoğlu görüşdən sonra bildirib.

“Qafqazdakı proseslər, Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan normallaşma prosesi ətrafında fikir mübadiləsi apardıq”, – o deyib.

***

00:15

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və amerikalı həmkarı Entoni Blinken Vaşinqtonda keçiriləcək görüşdən əvvəl mətbuata açıqlamalar veriblər.

Diplomatlar görüş zamanı müzakirə ediləcək mövzuları açıqlayıblar.

Çavuşoğlu görüşdə ikitərəfli əlaqələri, regional məsələləri və iqtisadi əməkdaşlığı müzakirə edəcəklərini bildirib. Tərəflər F-16 qırıcılarının Türkiyəyə satışına da toxunacaqlar.

Nazir qeyd edib ki, Ankaranın F-16 tələbi təkcə Türkiyə üçün deyil, həm də NATO və ABŞ-ın təhlükəsizliyidir. baxımından əhəmiyyətlidi

Çavuşoğlu deyib ki, görüşdə terrorla mübarizə, xüsusilə PKK terror təşkilatı, Suriya, Şərqi Aralıq dənizi, Yaxın Şərq və Qafqazda baş verən proseslər də müzakirə olunacaq.

 

Akif İsmayılov

About Author