XƏBƏRLENTİ

xeberlenti.com

“İnter” “Milan”ı darmadağın edərək Superkuboku qazandı – VİDEO

İtaliya Superkubokunda qalib bəlli olub.

Həlledici matç Milan şəhərinin iki komandası – “Milan”la “İnter” arasında oynanılıb.

Səudiyyə Ərəbistanının Kral Fəhd Beynəlxalq Stadionunda baş tutan qarşılaşmanın qalibi “İnter” olub.

Matçda hesabı 10-cu dəqiqədə Di Marko açıb. 21-ci dəqiqədə Edin Dzeko fərqi iki topa çatdırıb.

Argentinalı Lautaro Martinezin 77-ci dəqiqədə vurduğu qol isə yekun hesabı təyin edib – 3:0.

About Author