XƏBƏRLENTİ

xeberlenti.com

ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketi – “3 mühüm məsələ Lavrovun diqqətinə çatdırılacaq”

Amerika Birləşmiş Ştatları sabah Ukraynaya hərbi silah-sursat dəstəyi də daxil olmaqla yeni yardım paketini elan edəcək.

Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Kirbi sabah paytaxta səfər edəcək ABŞ Prezidenti Co Bayden və Almaniya kansleri Olaf Şoltsun Ukraynanın qarşıdakı həftələrdə ehtiyac duyacağı yeni yardımları müzakirə edəcəklərini bildirib.

Kirbi həmçinin xarici işlər naziri Antoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında Yeni Dehlidə G20 toplantısı çərçivəsində keçirilən görüşə də toxunub.

Kirbi bildirib ki, Blinken görüşdə üç mühüm məsələni həmkarının diqqətinə çatdıracaq: “Rusiyanın “Yeni START” nüvə sazişindən çıxmasına etiraz ediləcək, Moskvadan ABŞ vətəndaşı, məhbus Paul Whelanı azad etməsi tələb olunacaq və Ukraynanı dəstəkləməyə davam edəcəyik mesajı veriləcək”.

About Author