XƏBƏRLENTİ

xeberlenti.com

Güney Azərbaycanda qızlar məktəbində ZƏHƏRLƏNMƏ

Güney Azərbaycanın Aslandüz şəhərində Molla rejimi qızların təhsilinə mane olmaq məqsədilə qız liseylərində zəhərli qazlar yaymaqla şagirdləri zəhərləməyə davam edir.

Bu barədə “Azad İran” teleqram kanalında məlumat yayılıb.

Belə ki, dünən martın 2-də Güney Azərbaycanın Aslandüz şəhərindəki “Zeynəb” qızlar məktəbində təhsil alan şagirdlər də zəhərləniblər. 
Zəhərlənən 48 şagird xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki, martın 1-də də Ərdəbil şəhərindəki 11 məktəbdə 400-dən çox şagird naməlum səbəbdən zəhərlənib.

About Author