XƏBƏRLENTİ

xeberlenti.com

FSB polkovniki: “Ətrafındakı bu iki şəxs Putini aradan götürəcək”

“Rusiya lideri Vladimir Putin müdafiə naziri Sergey Şoyqu və baş qərargah rəisi Valeri Gerasimovun qurbanına çevrilə bilər”.

Bunu rusiyalı müxalifətçi, Federal Təhlükəsizlik Xidmətinin (FSB) təqaüdçü polkovniki Gennadi Qudkov deyib.

“Putin öz həyatı üçün təhlükəni çox yaxşı hiss edir. Yadınızdadırmı, müharibə başlamazdan əvvəl təhlükəsizliyini və ona xidmət edən şəxsi heyəti tamamilə dəyişmişdi? Təhlükənin yaxın olduğunu duyur. Müharibədə məğlub olmaq onun üçün ölümdür. Putin üçün ən böyük təhlükə onun öz ətrafıdır. O, NATO-dan qorxmur, bütün bunlar tənqidi düşüncəsi olmayan xalq üçün sehrdir. O, xalqdan qorxmur, çünki onu bir milyon təhlükəsizlik qüvvəsi qoruyur. Bəs kimdən qorxmalıdır? Yalnız öz adamlarından”, – polkovnik bildirib.

Qudkov iddia edir ki, Putin tez-tez öz mühafizəçilərini rotasiya edir:

“Fərz edək ki, Şoyqu və Gerasimov Putinin xeyirdən çox zərər verdiyi qənaətinə gəlib. Bu zaman onlar ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri Börnsə zəng edib Putini aradan götürməyi planlaşdıracaqlar”.

Rusiyalı politoloq Andrey Piontkovski isə Rusiyanın təslim olacağını proqnozlaşdırır, onun fikrincə, Putin özünü dalana dirəyib.


Müəllif: Mənsur Rəğbətoğlu

About Author