XƏBƏRLENTİ

xeberlenti.com

Türk dövlətlərinin rəsmiləri Bakıda bir araya gələcək – FOTO

Gəncədə Heydər Əliyevin 100 illiyi ilə bağlı regional konfrans keçirildi – FOTO

Azərbaycan Ağsaqqallar Şurası Gəncə Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı ilə birgə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş regional konfrans keçirib.

Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov və o cümlədən digər qərb rayonlarının – Şəmkir, Qazax, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Samux, Tovuz və habelə Ucar, Zərdab, Qobustanın Ağsqaqqallar Şurasının sədrləri, həmçinin YAP-ın, Gənclər və İdman İdarəsinin yerli təşkilatlarının nümayəndələri, ağsaqqallar, alimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, regionun kuratoru Bayram Yusifov konfrans iştirakçılarını Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və öz adından salamlayaraq qeyd edib ki, bu gün biz növbəti dəfə  Ulu Öndər Heydər Əliyevin nuruna, işığına toplaşmışıq və bu, hər zaman belə olacaq:

“İllər, əsrlər ötəcək, Ümummilli Lider Heydər Əliyev şəxsiyyəti, onun nuru, ziyası daim bir mayak kimi Azərbaycan xalqına və digər xalqlara xoşbəxt gələcəyə aparan  doğru yolu göstərəcək”.

Sonra o, öz çıxışında Ulu Öndərin hakimiyyətdə olduğu dövrü mərhələrlə, ətraflı və dolğun şəkildə təhlil edərək bir daha bu dahi insanın Azərbaycan üçün nə qədər dəyərli və əvəzedilməz bir şəxsiyyət olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Bayram Yusifov, həmçinin, Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan xalqına böyük Qələbə qürurunu yaşadan Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdən, ölkəmizdəki dinamik inkişaf prosesindən bəhs edib.

Natiq əlavə edib ki, may ayının 2-də Azərbaycan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Bakı şəhərində Türk dünyası qarşısında əvəzsiz xidmətləri olan Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir Türk dünyası” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək:

“Konfransda dili bir, dini bir, əqidəsi bir olan qardaş türk dövlətlərindən və digər ölkələrdən qonaqlar iştirak edəcəklər”.

 

 

 

About Author