XƏBƏRLENTİ

xeberlenti.com

Zakaryan: “Erməni xalqı maksimum 10 ildən sonra regiondan gedəcək”

“Əgər sabah bütün kommunikasiyalar açılsa, o zaman Qarabağ sakinləri birbaşa təhlükə ilə üzləşəcək”.

Bu fikri mətbuatda Ermənistanın müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.

Onun sözlərinə görə, türk biznesi, türk kapitalı, türk ekspansiyası – siyasi, iqtisadi, mədəni, ideoloji sahələrdə Ermənistanı əhatə edəcək və erməni xalqı maksimum 10 ildən sonra burada ya ikinci təbəqə kimi yaşayacaq, ya da diaspor sıralarına qoşulacaq. “Hərbi genişlənmə ehtimalını azaltmaq olmaz, amma hərbi ekspansiya olmasa belə, biz yenə də ölkəni itirəcəyik – onu müharibə yolu ilə və ya başqa üsullarla itirsəniz, bunun nə fərqi var?”, o, nəşrə müsahibəsində deyib.

Artak Zakaryanın fikrincə, “Ermənistan sistemli şəkildə subyektivliyini və dövlətçiliyini itirəcək“.

Rəsmiyyə Şərifova

About Author