XƏBƏRLENTİ

xeberlenti.com

“Rusiyanın yeni prezidenti olacaq” – Priqojin

Putin səhv seçim edib və Rusiyanın tezliklə yeni prezidenti olacaq.

Bunu “Wagner Group”un rəhbəri Yevgeni Priqojin bəyan edib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Rusiya xalqına, Silahlı Qüvvələrə və hüquq-mühafizə orqanlarına müraciətində Y. Priqojini “xain” adlandırıb. Dövlət başçısı deyib ki, “xəyanət yoluna qəsdən qədəm qoyan, silahlı üsyan hazırlayan, şantaj yoluna, terror üsullarına əl atanların hamısı qaçılmaz cəzalarını alacaq”.

O, Rusiya Prezidenti və Ali Baş Komandan kimi, ölkəni müdafiə etmək, konstitusiya quruluşunu, vətəndaşların həyatını, təhlükəsizliyini və azadlığını qorumaq üçün hər şeyi edəcəyini bildirib.//Yenisabah

About Author