Kreml 23-24 iyun tarixlərində baş vermis “Vaqner”in üsyanından sonra onun qurucusu Yevgeni Priqojinin Afrika və Yaxın Şərqdəki biznes imperiyasını nəzarət altına almaq niyyətindədir.
Bu barədə ABŞ-da nəşr olunan nüfuzlu “The Wall Street Journal” qəzeti diplomatik mənbələrinə istinadən xəbər yayıb.
Qəzet qeyd edir ki, Rostov-Don hadisələri Moskvanın diplomatik fəaliyyətini böhrana sürükləyib. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri tərəfdaşlarını əmin etmək üçün “Vaqner” PMC-nin yeni rəhbərlik altında fəaliyyətini davam etdirəcəyi ilə bağlı Afrika və Yaxın Şərq ölkələri ilə sıx əlaqə saxlayıblar.
“The Wall Street Journal”ın mənbələri iddia edir ki, ötən gün Rusiya Xarici İşlər nazirinin müavinlərindən biri Dəməşqdə olub. İddiaya görə, o, Suriya Prezidenti Bəşər Əsədə PMC bölmələrinin artıq müstəqil fəaliyyət göstərməyəcəyi barədə şəxsən məlumat verib.
Xarici İşlər nazirinin müavini Sergey Verşinin iyunun 26-27-də Dəməşqdə olduğu, Əsədlə görüşdüyü məlumdur. Rəsmi məlumatlara görə, onlar aktual beynəlxalq və regional məsələləri müzakirə ediblər.
Nəşrin mənbələri həmçinin iyunun 27-də Suriyadakı PMC muzdlularının Latakiyadakı Rusiya hərbi bazasına tabe edildiyini və onların əmrləri altında olduqlarını bildirib.
Bundan əlavə, “The Wall Street Journal” yazır ki, Rusiya Xarici İşlər Nazirliyinin yüksək rütbəli məmurları Mərkəzi Afrika Respublikasının (CAR) rezidenti Faustin-Archange Tuadereyə zəng ediblər. Qeyd edək ki, prezidentin mühafizəçiləri arasında rus muzdluları da yer alır.
İddialara görə, diplomatlar Mərkəzi Afrika Respublikası rəhbərini üsyanın Rusiyanın Afrikadakı planlarına təsir etməyəcəyinə inandırmağa çalışıblar. Xüsusilə Malidə Rusiya muzdlularının BMT-nin 13 minlik kontingentini əvəzləyəcəyi ehtimal edilir. Onun missiyası iyunun 30-da başa çatır. Qoşunların çıxarılması üçün isə altı ay vaxt verilir.
Öz növbəsində, CAR səlahiyyətliləri bildiriblər ki, Rusiya ”Vaqner” muzdlularını ölkədən çıxarmaq qərarına gələrsə, Moskvadan istənilən hərbi yardımı qəbul etməyə hazırdırlar.
Jurnalistlərin fikrincə, xaricdə altı minə yaxın vaqnerçi var. Onlar CAR-da siyasətçiləri qoryur, minaları təmizləyirlər.
Həmçinin “Vaqner” Suriyada Əsəd hökumətinin nəzarətində olan əraziləri və neft quyularını qoruyurlar.