XƏBƏRLENTİ

xeberlenti.com

Sankt-Peterburq limanında 450 milyonluq yük: İçində kokain olan bananlar aşkarlandı – FOTO

Rusiyanın Sankt-Peterburq şəhərinin limanında içərisində Afrika bananları olan onlarla soyuducu saxlanılıb.

Yük maşınlarına doldurularaq Özbəkistana göndərilməsi nəzərdə tutulan meyvə partiyasının yoxlanması zamanı bananların bir hissəsinin içində kokain olduğu oraya çıxıb.

Müsadirə edilən narkotikin ümumi çəkisi 50 kiloqram olub, belə partiyanın dəyəri isə 450 milyon rubldan çoxdur.

Narkotik vasitələrin qaçaqmalçılığı ilə bağlı cinayət işi başlanılıb. Təhlükəsizlik qüvvələri şübhəliləri axtarır.

Mənbə: “Mash” “Telegram”

About Author