XƏBƏRLENTİ

xeberlenti.com

Fransada polis öldürdüyü gəncin ailəsindən ÜZR İSTƏDİ

17 yaşlı yeniyetməni güllələyən Fransa polisi mərhumun ailəsindən üzr istəyib.

Xeberlnti.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının vəkili Loran-Frank Lenar məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, polis saxlanılaraq nəzarətə götürülüb.

Xatırladaq ki, 17 yaşlı gənc iyunun 27-də Nanter şəhərində güllələnib. Polis əməkdaşı yeniyetmənin idarə etdiyi avtomobili saxlayıb və gənc sürücüdən avtomobili tərk etməsini istəyib. Lakin gənc bundan imtina edib və buna cavab olaraq asayiş keşikçisi onu uzaq məsafədən güllələyib.

Bundan sonra bütün ölkədə iğtişaşlar başlayıb.

About Author