XƏBƏRLENTİ

xeberlenti.com

Fransada gəncin ölümünə etiraz edən 420-dən çox şəxs saxlanılıb

Parisin Nanter şəhərətrafı qəsəbəsində yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra ölkənin müxtəlif bölgələrində başlayan haqlı etirazlar zamanı 420-dən çox adam saxlanılıb.

Bu barədə BFM telekanalı Fransanın daxili işlər naziri Jerald Darmanenə yaxın mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, təkcə İl-de-Frans bölgəsində 242 nəfər saxlanılıb.

Nanterdə isə vəziyyət gərgin olaraq qalır, qarşıdurmalar davam edir. Daha əvvəl 328 nəfərin həbs edildiyi bildirilirdi.

About Author