XƏBƏRLENTİ

xeberlenti.com

KİV: Avropa üçlüyü İrana qarşı sanksiyaları ləğv etməsə nüvə sazişini pozacaq

Böyük Britaniya və Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) üzvü olan digər Avropa ölkələri – Almaniya və Fransa oktyabrda İranın nüvə fəaliyyətləri ilə bağlı sanksiyaları ləğv etməkdən imtina edərək ilk dəfə sazişi pozacaqlarını açıqlayıblar.

Bu barədə “The Guardian“ nəşri məlumat dərc edib.

Aİ və Britaniya diplomatları bu addımı İranın rəsmi olaraq Birgə Hərtərəfli Fəaliyyət Planını pozması, Ukraynaya hücumunda istifadə etmək üçün Rusiyaya pilotsuz uçuş aparatları satması ilə əsaslandırıblar.

Qeyd edilib ki, Avropa üçlüyünün sazişi pozmaq qərarı risklidir.

İranın artıq uranı istehsal etməyə yaxın olduğu bir vaxtda buna necə reaksiya verəcəyi məlum deyil.

About Author