XƏBƏRLENTİ

xeberlenti.com

Azərbaycan gimnastı Dünya Kubokunun qalibi oldu

Azərbaycan gimnastı Mixail Malkin Portuqaliyanın Santarem şəhərində keçirilən Dünya Kubokunun qalibi olub.

Azərbaycan gimnastika Federasiyasından verilən məlumata görə, tamblinq üzrə yığma komandanın 27 yaşlı idmançısı bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıxıb.

Qeyd edək ki, yarışda Selcan Mahsudova (batut gimnastikası), Tofiq Əliyev və Adil Hacızadə (tamblinq) də mübarizə aparıblar. İdmançılar 7-8 iyulda Portuqaliyanın Koimbra şəhərindəki Dünya Kubokunda da çıxış edəcəklər

About Author