XƏBƏRLENTİ

xeberlenti.com

Rusiyanın raket hücumu zamanı yaralanan ukraynalı yazıçı ölüb

Rusiya hərbi qüvvələrinin hücumu nəticəsində yaralanmış ukraynalı tanınmış gənc yazıçı ölüb.

Bu barədə Ukrayna Yazıçılar Assosasiyası məlumat yayıb.

 

Bildirilib ki, ukraynalı tanınmış gənc yazıçı Viktoriya Amelina Rusiyanın Ukraynanın Kramatorsk şəhərinə raket hücumundan sonra aldığı xəsarətlərdən dünyasını dəyişib.
Qeyd edək ki, iyunun 27-də Kramatorsk şəhərindəki pizza restoranına Rusiya raketi düşüb. 37 yaşlı yazıçı raket atılan zaman kolumbiyalı jurnalist və yazıçılardan ibarət nümayəndə heyəti ilə məşhur pizzacıda olub. Hücum zamanı 13 nəfər həlak olub, 60 nəfər yaralanıb. Yazıçı aldığı xəsarətlərlə Dneprdəki xəstəxanaya aparılsa da, aldığı ölümcül yaralardan sonra həyatını itirib.

Vikotriya Amelina Ukraynanın ən məşhur gənc yazıçılarından biri idi. Rusiya işğalından sonra o, müharibə cinayətlərini sənədləşdirməyə və cəbhə xətti yaxınlığında uşaqlarla işləməyə başlamışdı.

Xatırladaq ki, Kramatorsk Ukraynanın nəzarəti altındadır, lakin cəbhə xəttindən cəmi 30 kilometr aralıdadır. Müharibədən əvvəl orada 150 min insan yaşayırdı. Şəhər mühüm dəmir yolu qovşağıdır və hərbi obyektlərə ev sahibliyi edir.

About Author