Fransa Prezidenti Emmanuel Makron kommunaların merləri ilə Yelisey sarayında keçirdiyi görüşdə ölkədə iğtişaşlardan danışıb.
“Gələcək günlər və həftələrdə diqqətli olmalıyıq, lakin gördüyünüz kimi, iğtişaşların pik nöqtəsi artıq keçib”, – deyə Makron bildirib.
O, həmçinin əlavə edib ki, hakimiyyət davamlı nizam-intizam üçün səy göstərməlidir.