XƏBƏRLENTİ

xeberlenti.com

Rusiya Xarkovu “İskəndər”lə vurdu: Çox sayda yaralı var – FOTO/VİDEO

İyulun 4-də Rusiya ordusu Xarkov vilayətinin Pervomayski qəsəbəsini “İskəndər” raketi ilə vurub. Bu barədə Xarkov hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov açıqlama verib.

“Bizim məlumatlara və Fövqəladə Hallar Dövlət Xidmətinin, hüquq-mühafizə orqanlarımızın əməkdaşlarının qənaətinə görə, bu, “İskəndər” tipli raket olub”, – deyə rəsmi bildirib.

Onun sözlərinə görə, işğalçılar yaşayış massivinə zərbələr endiriblər, zərbə yerinin yaxınlığında sənaye və hərbi obyektlər olmayıb.

Sinequbov əlavə edib ki, hazırda 10-u uşaq olmaqla 35 yaralı var.

Zərərçəkənlərin artacağı istisna edilmir.

About Author