XƏBƏRLENTİ

xeberlenti.com

“Rusiya İranla ortaq PUA istehsalı üçün gizli zavod yaradıb” – Britaniya nəşri

Rusiyada İranla birgə PUA istehsal edilən gizli zavod yaradılıb.

Bu barədə Böyük Britaniyanın “Financial Times” nəşri məlumat yayıb.

Qəzet yazır ki, Rusiya Tatarıstan Respublikasında pilotsuz təyyarələrin hərbi istifadəyə çevrilməsi üzrə fabrik quraraq İranla əməkdaşlıq edib.

Məlumata görə, “Albatros” adlanan həmin müəssisədə Rusiya Müdafiə Nazirliyi üçün kəşfiyyat xarakterli PUA-lar istehsal edilib və onlardan 50 ədədi Ukraynanın şərqindəki döyüşlər üçün göndərilib.

 

About Author