XƏBƏRLENTİ

xeberlenti.com

Azərbaycanlı futbolçu İrəvandan paylaşım etdi – FOTO

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli İrəvanda məşqə çıxıb.

Xeberlenti.com xəbər verir ki, bununla bağlı o, özünün “Instagram” hesabında paylaşım edib.

Məşq İrəvan Futbol Akademiyasının stadionunda keçirilib.

Xatırladaq ki, 27 yaşlı futbolçu Albaniyanın “Eqnatiya” klubu ilə birgə Ermənistana yollanıb. Albaniya təmsilçisi Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununda “Ararat”la qarşılaşacaq.

Bu gün keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Vüsalın bu matçda meydana çıxacağı gözlənilir.

About Author