XƏBƏRLENTİ

xeberlenti.com

Ana həbsdə olan oğluna narkotik aparan zaman tutulub

Salyan şəhər sakini tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman, orada olan plastin qabdakı balın içərisində gizlədilmiş bükülüdə ümumi çəkisi 0,800 qram olan narkotik maddə – heroin aşkar olunub
 Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı istintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Bu barədə Penitensiar Xidmət məlumat yayıb.
Qeyd edilib ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Anar Alim oğlu Əsgərova anası Salyan şəhər sakini Ruhəngiz Rzalı qızı Əsgərova tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman, orada olan plastin qabdakı balın içərisində gizlədilmiş bükülüdə ümumi çəkisi 0,800 qram olan narkotik maddə – heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.

About Author