XƏBƏRLENTİ

xeberlenti.com

Bakıda magistral su kəməri partladı – Ətrafı su basıb

Bakıda magistral su kəmərində qəza baş verən əraziyə qəza briqadası göndərilib.

Bunu  “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

“Magistral su xəttində axıntıdır. Əraziyə qəza briqadası cəlb olunub”, – deyə o, əlavə edib


Saat: 13:48

Bakıda magistral su kəmərində qəza baş verib.

Bakı-Ələt yolunun Qaradağ rayonundan keçən hissəsində baş verən qəza zamanı kəmərdən axan su ətrafa yayılıb.

Suyun ətrafa yayılması eyni zamanda magistral yolda hərəkət edən avtomobillərin hərəkətinə ciddi maneələr yaradıb.

About Author