Rusiya qırıcısı ABŞ-yə məxsus pilotsuz uçuş aparatına yaxın məsafədə uçaraq ona siqnal raketləri ilə atəş açıb.
ABŞ Hərbi Hava Qüvvələri nümayəndəsinin sözlərinə görə, insident bazar günü, iyulun 23-də baş verib.
O, bildirib ki, rusiyalılar “MQ-9 Reaper” dronunu vurmağa çalışıblar.
“Rusiya raketlərindən biri “MQ-9” PUA-sına tuş gələrək onun pərinə ciddi ziyan vurub. Biz Suriyadakı Rusiya qüvvələrini bu ehtiyatsız, təxribatçı və qeyri-peşəkar davranışa dərhal son qoymağa çağırırıq”, – ABŞ Hərbi Hava Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri general-leytenant Aleks Qrinkeviç deyib.
Onun sözlərinə görə, dronu uzaqdan idarə edən ekipaj üzvlərindən biri onu havada saxlayaraq bazaya qaytara bilib.