XƏBƏRLENTİ

xeberlenti.com

Ermənistanın İsraildəki sabiq səfiri və oğlu saxlanılıb

Ermənistanın İsraildəki sabiq səfiri Armen Smbatyan və oğlu Sergey Smbatyan saxlanılıb.

Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

 

Armen Smbatyan və oğlu dələduzluqda şübhəli sayılır. Qeyd edilib ki, onların qanunsuz əməlləri nəticəsində dövlətə 966 milyon dram (təxminən 2.5 milyon dollar) məbləğində ziyan dəyib.

Qeyd edək ki, Sergey Smbatyan Ermənistan Dövlət Simfonik Orkestrinin baş dirijorudur.

About Author