Penitensiar müəssisələrə giriş üçün COVID-19 testi tələbi ləğv olunur.
Xeberlenti.com-un əldə etdiyi məlumata görə, avqustun 1-dən vəkillər, müstəntiqlər və digər şəxslər Penitensiar müəssisələrə daxil olmaq üçün koronavirus testindən keçməyəcəklər.
Məlumatı Penitensiar Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən təsdiq ediblər.
Qeyd edək ki, bu günə kimi kənar şəxslər istintaq təxridxanalarına həmçinin Xidmətin müalicə müəssəsinə daxil olarkən PCR testindən keçirdilər. Bu isə mütəmadi olaraq müvəkkilləri ilə görüşə gedən vəkillər tərəfindən narazılıqla qarşılanırdı.