XƏBƏRLENTİ

xeberlenti.com

Suriyalı qaçqınlar İstanbuldan çıxarılır

İstanbulda qeydiyyatda olmayan suriyalılar sentyabrın 24-nə qədər qeydiyyatda olduqları şəhər və rayonlara geri qayıtmalıdırlar.

Bu barədə İstanbul valiliyi məlumat yayıb.

Bildirilib ki, həmin şəxslər göstərilən tarixədək Miqrasiya İdarəsinə müraciət edərək yola düşmək üçün icazə kağızı ala bilərlər.

Bu il fevralın 6-da baş verən zəlzələdən sonra həmin rayon və şəhərlərdən İstanbula gələn suriya əsilli əcnəbilər ikinci müraciətə qədər qeydiyyatda olduqları ərazilərdə yaşayacaqlar.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sonuncu prezident seçkilərindən sonra Türkiyədəki 1 milyon suriyalılnın öz ölkələrinə qayıdacağını və bununla bağlı Qətərlə əməkdaşlığa başlanıldığını da söyləmişdi.

About Author