XƏBƏRLENTİ

xeberlenti.com

80 cinayətin üstü açılıb

İyulun 29-30-da ölkə ərazisində qeydə alınan 76, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 69, o cümlədən borclu şəxs qismində axtarılan 46 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.  Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

About Author