XƏBƏRLENTİ

xeberlenti.com

CEYHUN BAYRAMOV: «BU, TAMAMILƏ QƏBULEDILMƏZDIR VƏ BIZ BUNU PISLƏYIRIK”

 

“Bir neçə gündür ki, müxtəlif yerlərdə Qurani-Kərimin yandırılması halları baş verir. Bu, tamamilə qəbuledilməzdir və biz bunu pisləyirik”. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla birlikdə keçirdiyi mətbuat konfransında bu barədə fikir bildirib.

“Bunu bəzi qurumlar və ölkələr insan, söz azadlığı kimi qələmə verir. Hesab edirik ki, həmin ölkələr bu mövzuda ciddi addımlar atmalıdır. Çünki söz azadlığı qismində dünyada iki milyardan çox inanın hüquqları pozulur. Təəssüflər olsun ki, dünyada islamafobiya formalaşıb ki, bu da bizdə ciddi narahatlıq doğurur”.

 

About Author