XƏBƏRLENTİ

xeberlenti.com

CEYHUN BAYRAMOV: “ERMƏNISTAN DAXILI IŞLƏRIMIZƏ QARIŞMAQDAN ƏL ÇƏKMIR”

“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini müzakirə etmişik”. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 31-də Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla birlikdə keçirdiyi mətbuat konfransında bu barədə bildirib.

“Bu gün Bakı və İrəvan arasında sülh sazişinin imzalanması vacibdir. Bu, hər kəs üçün mühüm əhəmiyyət kəsb edir. Ermənistan öhdəliklərinə zidd olaraq hələ də hərbi birləşmələrini Azərbaycan ərazisindən çıxarmır. Eyni zamanda  Zəngəzur dəhlizini açmır. Biz yenə də bildiririk ki, qarşı tərəflə sülh prosesini müzakirə etməyə hazırıq. Amma buna baxmayaraq, Ermənistan Azərbaycanın daxili işlərinə qarışmaqdan əl çəkmir”, – deyə XİN başçısı vurğulayıb.

 

About Author