Sosial şəbəkələrdə vətəndaşları “kreditə pul verilir” adı altında kiber üsullarla talayan dəstə üzvləri saxlanılıblar.
Xeberlenti.com DİN-ə istinadla xəbər verir ki, qrup üzvləri “komissiya”, “bank xərcləri” adı ilə aldatdıqları vətəndaşlardan onlayn köçürmə formasında müxtəlif məbləğlərdə pul vəsaitləri ələ keçiriblər. Onlar izi itirmək məqsədi ilə pul köçürən şəxslərin hesablarını bloklayıb və həmin vəsaiti şəxsi hesablara köçürərək nağdlaşdırıblar.
Əməliyyatçıların Bakı şəhərində yerləri müəyyən edilən şəbəkə üzvləri – paytaxt sakini, əvvəllər məhkum olunan 1993-cü il təvəllüdlü Kənan Əmrahlı, 2003-cü il təvəllüdlü Raqif Məmmədov, 1994-cü il təvəllüdlü Zahir Xalidoğlu və 1995-ci il təvəllüdlü Emin İsmayılovdur.
Dəstə üzvləri ifadələrində sosial şəbəkələrdə törətdikləri bu qanunsuz əməlləri ilə onlarla şəxsə maddi ziyan vurduqlarını etiraf ediblər.
Hazırda saxlanılan şəxslər barəsində araşdırmalar davam etdirilir.