XƏBƏRLENTİ

xeberlenti.com

Vladimir Putinlə Ərdoğan arasında beş həftədən sonra ilk dəfə telefon danışığı baş tutdu

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında beş həftədən sonra ilk dəfə telefon danışığı baş tutub.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Lakin D.Peskov iki ölkə rəhbərinin müzakirə etdiyi mövzular haqqında mətbuata sonra məlumat veriləcəyini bildirib.

Rusiya mətbuatında dərc olunan xəbərlərdə isə qeyd olunur ki, iki ölkə liderləri Ukraynadakı müharibənin gələcəyini, həmçinin “Taxıl sazişi”nin perspektivini müzakirə edirlər.

Mənbə: TASS

About Author