Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ərazisinə qarşı planlaşdırılan tədbirləri açıqlayıb.
Ukrayna liderinin Teleqram kanalının verdiyi məlumata görə, bu barədə o, hərbi xidmət nümayəndələrinin hesabatlarını dinlədikdən sonra bildirib.
Ətraflı hesabatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov təqdim edib. Zelenski Ukrayna tərəfinin hərəkətlərinin ciddi və nəzərəçarpacaq nəticələri barədə xəbərdarlıq edib.