XƏBƏRLENTİ

xeberlenti.com

Xızıda at oğruları saxlanılıb

Xızı rayonunun ərazisindəki örüş sahəsində sakinlərə məxsus atların ayrı-ayrı vaxtlarda naməlum şəxslərin  oğurlaması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Daşqın Qəmbərov, R.Hüseynov və E.Aslanov saxlanılıblar. Araşdırma zamanı saxlanılan şəxslərin oğurladıqları atları satdıqlarını və əldə etdikləri pulu isə öz aralarında böldüklərini etiraf ediblər. Həmin şəxslərin digər rayonlarda da analoji əməllər törətmələri istisna edilmir. Faktla bağlı Xızı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

About Author